De Bruyne millidən kənarda qaldı

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne İrlandiya və İngiltərə yığmaları ilə keçiriləcək yoldaşlıq oyunları üçün Belçika millisinə dəvət almayıb.

Kamanda.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Belçika millisinin baş məşqçisi Domeniko Tedesko qasıq nahiyəsindən yüngül zədə aldığı üçün De Bruyneni heyətə daxil etməyib:

“Kevinin son matçlarda qasıq nahiyəsində kiçik problemləri var idi. Ona sağalmaq və AÇ-2024-ə hazırlaşmaq üçün vaxt vermək daha yaxşıdır”.

De Bruyne bu mövsümün ilk yarısını ciddi zədə səbəbindən buraxmışdı. Yarımmüdafiəçi bütün turnirlərdə cəmi 14 oyun keçirib, 2 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun İngiltərə klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button