MS portuqaliyalı qapıçı üçün 60 milyon avro təklif etməyə hazırdır

“Mançester Siti” “Portu”nun əsas qapıçısı Dioqo Kostanı heyətinə qatmaq niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” hazırda braziliyalı qapıçısı Edersonun “Qalatasaray”a keçməsi ehtimalı üzərində işləyir və buna görə də Kostanın transferini sürətləndirmək istəyir. “Mançester Siti” portuqaliyalı qolkiper üçün 60 milyon avroya qədər təklif etməyə hazırdır. Bu məbləğə bonuslar da daxildir.

25 yaşlı futbolçunun “Portu” ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

Bundan əlavə, PSJ də Kostaya maraq göstərir. İngilislərin məqsədi isə transferi tez bir zamanda həyata keçirmək və digər rəqiblərlə yarışda üstünlük qazanmaqdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button