“Mançester Siti”nin son illərdəki ən bahalı transferləri – SİYAHI
2015/16 mövsümündən bu yana İngiltərənin “Mançester Siti” klubunun gerçəkləşdirdiyi ən bahalı transferlər açıqlanıb.
Komanda.az “transfermarkt” portalına istinadən xəbər verir ki, siyahıya Cek Qriliş başçılıq edir (117.5 milyon avro).
İkinci yerdə Yoşko Qvardiol (90 milyon avro), üçüncü pillədə isə Kevin de Bruyne (76 milyon avro) qərarlaşıb.
Siyahıda yer alan futbolçular aşağıdakılardır:
- Cek Qriliş (2021/22 mövsümü, “Aston Villa”dan, 117.5 milyon avroya)
- Yoşko Qvardiol (2023/24 mövsümü, “Leyptsiq”dən, 90 milyon avroya)
- Kevin de Bruyne (2015/16 mövsümü, “Volfsburq”dan, 76 milyon avroya)
- Ruben Dias (2020/21 mövsümü, “Benfika”dan, 71.6 milyon avroya)
- Rodri Hernandes (2019/20 mövsümü, “Atletiko”dan, 70 milyon avroya)
- Riyad Mahrez (2018/19 mövsümü, “Lester”dən, 67.8 milyon avroya)
- Joao Kanselo (2019/20 mövsümü, “Yuventus”dan, 65 milyon avroya)
- Emerik Laport (2017/18 mövsümü, “Atletik”dən, 65 milyon avroya)
- Rahim Sterlinq (2015/16 mövsümü, “Liverpul”dan, 63.7 milyon avroya)
- Jeremi Doku (2023/24 mövsümü, “Renn”dən, 60 milyon avroya)
Siyahıda yer alan futbolçulardan Mahrez, Laport və Sterlinq artıq “şəhərlilər”in formasını geyinmir. Joao Kanselonun da Mançester təmsilçisini tərk edəcəyi gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin