“Mançester Siti”nin sahibləri Hindistandan klub alır
“Mançester Siti”nin sahibləri Hindistandan klub almağa hazırlaşırlar.
Komanda.az xəbər verir ki, “şəhərlilər”in səhmlərinin sahibi olan “City Football Group” şirkəti Hindistanın “Mumbay Siti” klubunu almaq niyyətindədir. Bu barədə İngiltərənin “Daily Mail” nəşri məlumat yayıb. “Mançester Siti”nin icraçı direktoru Ferran Soriano Çin və Hindistan klubları ilə maraqlandıqlarını bildirib:
“Çin və Hindistan klubları ilə maraqlanırıq. İki ildir ki, Hindistan variantına üstünlük veririk. Düşünürəm ki, bu il sərmayə qoyacağıq”.
“Jirona”, “Nyu-York Siti”, “Melburn Siti” kimi klubların səhmlərinin bir hissəsi “City Football Group” şirkətinə məxsusdur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin