“Barselona”nın sabiq futbolçusu Çin yolunda
“Mançester Siti”nin sabiq futbolçusu Yaya Ture karyerasını Çində davam etdirə bilər.
Komanda.az xəbər verir ki, “Tsindao Haynyu” klubu 36 yaşlı futbolçunu heyətinə qatmağa yaxındır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Turenin yaxın günlərdə tibbi müayinələrdən keçəcəyi və Çin təmsilçisiylə rəsmi müqavilə imzalayacağı gözlənilir.
“Tsindao Haynyu” Çinin 2-ci liqasında mübarizə aparır.
Karyerası ərzində “Monako”, “Barselona”, “Mançester Siti” kimi klublarda forma geyinən Turenin son iş yeri “Olimpiakos” olub. Yarımmüdafiəçi, 2018-ci ilin dekabrından klubsuzdur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin