“Mançester Siti”nin sabiq futbolçusu Səudiyyə Ərəbistanına üz tutdu
Futbol üzrə Ekvador yığmasının hücumçusu Felipe Kaysedo İtaliyanın “Cenoa” klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, 33 yaşlı futbolçu bundan sonrakı karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
O, bu ölkənin “Abha” klubu ilə anlaşıb. Təcrübəli futbolçu yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.
Felipe Kaysedo 2021-ci ilin avqustunda “Cenoa”ya transfer olunmuşdu. O, bu ilin yanvarında icarə əsasında Milan “İnter”inə keçmişdi. “Cenoa”da 10 oyuna 1 qol vuran futbolçu, “İnter”də 3 matça çıxsa da, fərqlənə bilməmişdi.
Kaysedo peşəkar karyerasına “Bazel”də başlayıb. Daha sonra o, “Mançester Siti”, “Sportinq” (Lissabon), “Malaqa”, “Levante”, “Lokomotiv” (Moskva), “Əl-Cəzirə”, “Espanyol” və “Latsio” kimi klubların da formasını geyinib. Hücumçu Ekvador yığmasında 68 oyuna 22 qol vurub.
Bizi Facebook-da izləyin