“Mançester Siti”nin sabiq futbolçusu Premyer Liqaya qayıda bilər

“Mançester Siti”nin sabiq müdafiəçisi, hazırda “Əl-Hilal”da çıxış edən Joao Kanselo İngiltərə Premyer Liqasına qayıda bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçinin xidmətində “Mançester Yunayted” maraqlıdır.

Portuqaliyalı futbolçunun transfer dəyəri 18 milyon avro qiymətləndirilir. Onun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir.

Kanselo cari mövsümdə “Əl-Hilal”ın heyətində 17 oyun keçirib, 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button