“Mançester Siti” rəhbərliyi daha bir klubu almaq istəyir

“Mançester Siti”nin rəhbərliyi daha bir klubun səhmlərini almaq niyyətindədir.

Komanda.az xəbər verir ki, “City Football Group” korporasiyası Belçikanın “Lommel” klubunu əldə etmək istəyir. Bu barədə BBC məlumat yayıb. Xəbərdə, “Mançester Siti” rəhbərliyinin 2-ci liqa təmsilçisinin səhmlərini almaq niyyətində olduğu bildirilib.

“Lommel” koronavirus pandemiyasına görə ləğv edilən Belçikanın 2-ci liqasında 6-cı yeri tutub. Klubun 2 milyon avro borcu var.

“City Football Group” “Mançester Siti” ilə yanaşı, “Jirona” (İspaniya), “Nyu-York Siti” (ABŞ), “Melburn” (Avstraliya), “Torke” (Uruqvay), “Yokohama Marinos” (Yaponiya), “Siçuan” (Çin), “Mumbai Siti” (Hindistan) klublarına da sahibdir.

“Mançester Siti”nin sahibi Şeyx Mansur kimi tanınan Mansur ibn Zayd əl-Nahyandır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button