“Mançester Siti”nin Qvardiolanın yerinə 2 namizədi var

Pep Qvardiolanın gələcəyi qeyri-müəyyən olaraq qalır.

İspaniyalı mütəxəssis 2024/25 mövsümünün sonuna kimi “Mançester Siti” ilə müqaviləni uzadıb-uzatmayacağına hələ qərar verməyib. Bunun fonunda “şəhərlilər” müxtəlif ssenarilər üzərində düşünürlər.

Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, “Mançester Siti”nin komandanın “sükanı”nı tapşırmağa iki namizədi var. Əsas namizəd Xabi Alonsodur ki, o, son illər Leverkuzen “Bayer”ində yaxşı nəticələrlə yadda qalır.

İkinci planda isə “Jirona”nın baş məşqçisi Miçeldir. İspaniya klubu “City Football Group” şirkətinin bir hissəsi olduğu üçün onunla danışıqlar nisbətən asan keçəcək.

Qvardiola 2016-cı ilin yayından “Mançester Siti”ni çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button