“Mançester Siti”nin Qvardiolanı əvəz edəcək 2 namizədi var

Pep Qvardiola gələn il “Mançester Siti”nin baş məşqçi postunu tərk edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “City Xtra” məlumat yayıb.

Bu baxımdan İngiltərənin top-klubunun rəhbərliyi ispaniyalı çalışdırıcıya alternativ axtarmağa başlayıb. Premyer Liqa çempionunun maraq dairəsində iki mütəxəssis var. Söhbət Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonso və Lissabon “Sportinq”inin çalışdırıcısı Ruben Amorimdən gedir.

Qvardiola 2016-cı ilin yayından “Mançester Siti”nin baş məşqçisidir. “Şəhərlilər” 53 yaşlı mütəxəssisin rəhbərliyi altında 6 dəfə Premyer Liqanın qalibi olmaqla yanaşı, Çempionlar Liqasını da qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button