“Mançester Siti”nin oyununa baxmaq mənə zövq verir”
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/4 final mərhələsinin “Mançester Siti” ilə ilk oyunundan sonra fikirlərini bildirib.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, argentinalı mütəxəssis, “Mançester Siti”nin oyunundan zövq aldığını söyləyib:
“Matç çox çətin keçdi. Rəqib komanda üç yüksək səviyyəli oyunçunu meydandan çıxardı və onları eyni dərəcədə əla oyunçularla əvəzlədi.
“Mançester Siti”nin oyununa baxmaq mənə zövq verir. Nə qədər səbrli komandadır! Amma həm biz, həm də rəqib bir şeyə, qələbəyə can atırdıq”.
“Mançester Siti” “Atletiko”ya 1:0 hesabı ilə qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin