Çempionlar Liqası: “Mançester Siti”nin oyunu hollandlara tapşırıldı
Sabah UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək.
Komanda.az xəbər verir ki, ilk oyun günündə keçiriləcək qarşılaşmalara hakim təyinatları açıqlanıb. Bu barədə UEFA-nın saytı məlumat yayıb.
“Liverpul” – “Portu” matçını İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Antonio Mateu Laos olacaq. Ona yan xətt hakimləri Pau Serbian Devis və Roberto del Palomar kömək edəcək. VAR hakimi Xesus Xil Mansano, köməkçisi Xose Sançes olacaq. Oyunun dördüncü hakim funksiyasını Ovidiu Xaçeqan yerinə yetirəcək.
“Tottenhem” – “Mançester Siti” görüşünün idarəçiliyi isə hollandiyalı hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Byörn Kuypers olacaq. Ona Sander van Rukel və Ervin Zeynstra kömək edəcək. VAR hakimi Danni Makkeli, köməkçisi Pol van Bukel olacaq. Oyunun dördüncü hakim funksiyasını isə Uilyam Kollam yerinə yetirəcək.
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Liverpul” – “Portu” və “Tottenhem” – “Mançester Siti” matçı aprelin 9-da, saat 23:00-da start götürəcək.
Bizi Facebook-da izləyin