MS müdafiəçisini Almaniya klubuna satacaq

Dortmund “Borussiya”sının heyətinə İngiltərə Premyer Liqasından 22 yaşlı müdafiəçi qoşulacaq.

Komanda.az “Daily Mail”-ə istinadən bildirir ki, “Mançester Siti”yə məxsus olan Yan Kouto təxminən 30 milyon avroya “Borussiya”ya transfer olunacaq.

“Jirona”da icarə əsasında çıxış edən braziliyalı müdafiəçi ötən mövsüm 38 matçda iştirak edib, 2 qol vurub və 10 məhsuldar ötürmə verib.

“Mançester Siti” onu 4 il əvvəl “Koritiba”dan 6 milyon avroya alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button