“Mançester Siti”nin müdafiəçisi əməliyyat olunub

Niderland millisinin və “Mançester Siti”nin müdafiəçisi Natan Ake ayağından əməliyyat olunub.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Niderlandlı futbolçu İngiltərə kubokunun 1/8 finalında “Plimut”la oyunda (3:1) zədələnmişdi. Akenin sağalma vaxtı açıqlanmasa da, onun üçün artıq mövsümün bitdiyi istisna olunmur.

30 yaşlı müdafiəçi bu mövsüm Mançester Siti”nin heyətində bütün turnirlərdə 18 oyun keçirib. O, müxtəlif zədələr səbəbindən daha çox matçı buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button