“Mançester Siti” işi üzrə dinləmələrin başlayacağı vaxt məlum olub
“Mançester Siti” 2023-cü ilin fevralında Premyer Liqanın maliyyə qaydalarını 115 dəfə pozmaqda ittiham olunurdu. İşin həcmini nəzərə alsaq, proses çox uzun olacaq. Bu günə qədər məsələ dinləmələrə belə, çatmayıb.
Komanda.az “mailsport”-a istinadən xəbər verir ki, “Mançester Siti” işi üzrə dinləmələr gələn bazar ertəsi başlayacaq. Onu da qeyd etmək lazımdır ki, bu iş üzrə hökm tezliklə verilməyəcək.
Əvvəllər mətbuat proses nəticəsində “şəhərlilər”in üzləşə biləcəyi müxtəlif cəzalardan yazırdı. Hətta bu məsələ “Mançester Siti”ni İngiltərə Premyer Liqasından kənarlaşdırmağa qədər gedə bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin