“Mançester Siti”nin keçmiş hücumçusu İspaniya klubunda – Rəsmi
“Sevilya” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, nigeriyalı Keleçi İheanaço transfer edilib.
27 yaşlı forvard son olaraq İngiltərədə “Lester”in formasını geyinib. O, bu komandada 232 matçda 61 qol və 34 məhsuldar ötürmə ilə yadda qalıb.
Keleçi İheanaço 2015-2017-ci illərdə “Mançester Siti”nin uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin