“Mançester Siti”nin kapitanından ukraynalı futbolçuya jest
İngiltərə kubokunun 1/8 fiinalında “Peterboro Yunayted”lə keçirilən matçda “Mançester Siti”ni meydana kapitan sarğısı ilə ukraynalı futbolçu Oleksandr Zinçenko çıxarıb.
Komanda.az xəbər verir ki, əsas kapitan Fernandinyo oyunun start fitindən əvvəl kapitanlıq sarğısını Zinçenkonun qoluna taxıb. Bununla o, ölkəsi Rusiyanın hücumuna məruz qalan ukraynalı yarımmüdafiəçiyə dəstək olub. Zinçenko ilk dəfə meydana kapitan sarğısı ilə çıxıb.
Oyun “Mançester Siti”nin 2:0 hesablı qələbəsiylə başa çatıb və “şəhərlilər” 1/4 finala yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin