“Kifayət qədər qaçmırsan, ayaqların hardadır?”
“Mançester Siti”nin İngiltərə Premyer Liqasının 8-ci turunda “Vulverhempton”a məğlub olduğu oyunda baş məşqçi Xosep Qvardiola ilə David Silva arasında gərginlik yaşanıb.
Komanda.az xəbər verir ki, bu barədə “Daily Mirror” nəşri məlumat yayıb. Xəbərdə, Qvardiolanın Silvanın oyunundan razı qalmadığı bildirilib. O, ispan yarımmüdafiəçini yanına çağıraraq, “David, kifayət qədər qaçmırsan, ayaqların hardadır?” deyərək, irad bildirib.
Qarşılaşma “Mançester Siti”nin 0:2 hesablı məğlubiyyəti ilə bitib və “şəhərlilər”lə lider “Liverpul” arasındakı xal fərqi 8-ə yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin