“Azarkeşlərimiz 2 mövzuda bizə inansın” – MS rəsmisi
“Mançester Siti”nin icraçı direktoru Ferran Soriano UEFA-nın verdiyi 2 mövsümlük avrokuboklardan uzaqlaşdırılma cəza haqda danışıb.
Komanda.az xəbər verir ki, Soriano etdiyi açıqlamada iddiaların doğru olmadığını deyib:
“Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) lazım olan etirazı etmişik. Yeni mövsümün başlanğıcına qədər bir qərar vermələrini gözləyirik. Azarkeşlərimiz 2 mövzuda bizə inansın. Birincisi deyilən iddiaların heç biri düzgün deyil, ikincisi isə bunların yalan olduğunu sübut etmək üçün əlimizdən gələni edəcəyik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin