Alvares karyerasını davam etdirmək istədiyi klubu seçib
“Mançester Siti”nin hücumçusu Xulian Alvares bir neçə ay əvvəl komandasını tərk etmək qərarına gəlib.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, argentinalı forvard “Real”da oynamaq istəyir. Ancaq onun transferi bu yay mütləq baş tutmayacaq, çünki “kral klubu” növbəti mövsüm üçün hücumunu tam təchiz edib.
Alvaresin xidmətində PSJ və “Çelsi” kimi klubların maraqlı olduğu qeyd edilir. O, yeni komandasının start heyət oyunçusu olmaq istəyir. “Mançester Siti” hələ ki, ona sabit oyun təcrübəsi təmin etməyə hazır deyil.
24 yaşlı Alvares İngiltərə çempionatının son mövsümündə 36 oyun keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin