“Mançester Siti” futbolçusunu icarəyə verdi

“Mançester Siti”nin yarımmüdafiəçisi Kelvin Fillipsin yeni komandası məlum olub.

Komanda.az xəbər verir ki, İngiltərə millisinin üzvü “İpsviç”ə keçib.

Bu barədə İpsviç təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Fubolçu yeni komandasında 2024/2025 mövsümünün sonuna qədər icarə əsasında çıxış edəcək.

28 yaşlı müdafiəçi “Lids” klubunun yetirməsidir.

2022-ci ildə 49 milyon avroya “Mançester Siti”yə transfer olunan Fillips 2024-cü ilin əvvəlində 6 ay “Vest Hem”ə icarəyə verilmişdi. O, İngiltərə millisində meydana çıxdığı 31 matçda 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button