“Mançester Siti”nin futbolçusu yarım illik sıradan çıxdı

İngiltərənin “Mançester Siti” klubunun müdafiəçisi Emerik Laport əməliyyat olunub.

Komanda.az xəbər verir ki, Fransa millisinin üzvünün əməliyyatı uğurlu keçib.

Həkimlər 25 yaşlı oyunçunun nə zaman yaşıl meydanlara dönəcəyini də açıqlayıb. Belə ki, futbolçunun təxminən 5-6 ay komandadan ayrı qalacağı müəyyənləşib.

Laport “Brayton”la (4:0) Premyer Liqa matçında zədələnmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button