“Mançester Siti”nin futbolçusu sıradan çıxıb
“Mançester Siti”nin futbolçusu Yosko Qvardiol zədələnib.
Komanda.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Pep Qvardiola danışıb. O, 21 yaşlı müdafiəçinin 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib:
“Yosko Qvardiol topuq bağından zədə alıb. O, bu səbəbdən 2-3 həftə oynaya bilməyəcək”.
Qvardiol bu mövsüm 29 matçda iştirak edib, 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin