“Mançester Siti”nin futbolçusu “Şalke”ni “Stok Siti”yə dəyişdi
İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Rabbi Matondo icarə əsasında çıxış etdiyi Almaniya “Şalke”sindən ayrılıb.
Komanda.az xəbər verir ki, 20 yaşlı vinger bundan sonra “Stok Siti”nin uğurları üçün çalışacaq.
Uelsli futbolçu “Stok Siti”yə də mövsümün sonuna kimi icarəyə verilib.
Matondo “Mançester Siti”nin yetirməsidir. O, bu mövsüm “Şalke”nin heyətində Bundesliqa çərçivəsində cəmi 3 matçda forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin