Mahrezdən “Mançester Siti”dəki gələcəyi ilə bağlı açıqlama
“Mançester Siti”nin futbolçusu Riyad Mahrez klubdakı gələcəyiylə bağlı açıqlama verib.
Komanda.az “goal.com”a istinadən xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi “Mançester Siti”də özünü yaxşı hiss etdiyini deyib:
“Həqiqətən, klubdan ayrılmaq haqda düşünmürəm. “Mançester Siti”də özümü yaxşı hiss edirəm. Bu klubu və burdakı insanları sevirəm. Mançester şəhəri də xoşuma gəlir.
Bütün diqqətim komandanın oyunlarındadır. Hamımız birlikdə çalışaraq, yaxşı nəticələr qazanmaq istəyirik. Daha sonra necə olacağını görəcəyik”.
2018-ci ilin yayında “Lester”dən “Mançester Siti”yə keçən Mahrezin klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin