
“Mançester Siti”nin futbolçusu rekorda imza atıb
“Mançester Siti” Klublararası dünya çempionatının finalında “Fluminense”ni məğlub edib (4:0).
Komanda.az xəbər verir ki, “şəhərlilər”in yarımmüdafiəçisi Mateo Kovaçiç üç fərqli klubla dünya çempionatını qazanan ilk futbolçu olub. Xorvatiyalı oyunçu daha əvvəl 2016 və 2017-ci illərdə “Real”, həmçinin “Çelsi” ilə (2021) bu turnirin qalibi olub.
Kovaçiç bu mövsüm “şəhərlilər”in heyətində 15 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin