
Silvaya “Qarabağ”ın rəqibi ilə danışıqlar aparmağa icazə verilib
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva yaxın gələcəkdə klubunu dəyişə bilər.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu “Benfika”nın maraq dairəsindədir və “şəhərlilər” artıq Lissabon təmsilçisinə oyunçu ilə danışıqlar aparmağa icazə verib.
Transfer yanvar pəncərəsində baş tuta bilər.
31 yaşlı Silva 2017-ci ildə “Monako”dan “Mançester Siti”yə keçib. O, İngiltərə çempionatında 410 oyun keçirərək, 72 qol vurub və 73 məhsuldar ötürmə verib.
“Benfika” sentyabrın 16-da UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda “Qarabağ”ı qəbul edəcək. Oyun saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



