
“Mançester Yunayted”in əsas transfer hədəfi odur
“Mançester Yunayted” gələn ilin yanvarında “Mançester Siti”nin yarımmüdafiəçisi Kelvin Fillipsi transfer etmək istəyir.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq ingilis futbolçunu 2024-cü ilin yanvar ayı üçün əsas transfer hədəfi kimi müəyyənləşdirib. Yarımmüdafiəçi daha çox oyun praktikası əldə etmək istədiyi üçün komandasını dəyişməyə hazırdır.
Fillips bu mövsüm 8 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin