“Mançester Siti”ni Bundesliqa klubuna dəyişdi

“Mançester Siti”nin futbolçusu Lukas Nmeça karyerasını Almaniyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 22 yaşlı hücumçu “Volfsburq”a transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Nmeça ilə 4 illik müqavilə imzalanıb.

“Mançester Siti”nin yetirməsi olan Nmeça Almaniyanın U-21 yığması ilə bu il keçirilən Avropa çempionatının qalibi olub. Hücumçu son mövsümü icarə əsasında “Anderlext”də keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button