
“Mançester Siti”dən ayrılıb, ABŞ-a gedir
“Mançester Siti”nin futbolçusu Klaudio Bravo karyerasını ABŞ-da davam etdirə bilər.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı qapıçı yayda “Mançester Siti”dən ayrılacaq. Çilili qapıçı ilə “Nyu-York Siti” yaxından maraqlanır. MLS təmsilçisinin Bravoya 4 illik müqavilə təklif edəcəyi bildirilir.
2016-cı ildən “Mançester Siti”də forma geyinən Bravo, bu mövsüm 14 oyunda iştirak edib. Qapıçının “şəhərlilər”lə müqaviləsi mövsümün sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin