“Mançester Siti”də ayrılıq siqnalı: “Hər şeyi nəzərə alacam”
“Mançester Siti”nin futbolçusu Kevin de Bruyne gələcəyiylə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, Belçika mətbuatına danışan 28 yaşlı yarımmüdafiəçi, “Mançester Siti”dən ayrıla biləcəyini deyib:
“Klub bizə avrokuboklardan iki illik uzaqlaşdırma cəzasına etiraz edəcəklərini və bunun ləğv olunacağını deyib. Buna görə, indi nə olacağını gözləyirəm. Komandama güvənirəm.
Son qərar qəbul olunduqdan sonra hər şeyi nəzərə alacam. İki illik diskvalifikasiya burada qalmağım üçün uzun vaxtdır. Bir illik cəza olsa, dəyərləndirərəm”.
Belçikalı futbolçunun MS ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin