Alvares İspaniya klubuna keçmək istəyir

“Mançester Siti”nin hücumçusu Xulian Alvares cari transfer pəncərəsində komandasını dəyişməyə hazırdır.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, argentinalı futbolçu karyerasını hansı klubda davam etdirmək istədiyinə qərar verib. Belə ki, o, “Atletiko”ya keçmək istəyir.

24 yaşlı forvardın transferində Madrid klubunun baş məşqçisi Dieqo Simeone də maraqlıdır.

Alvares 2022-ci ildən “Mançester Siti”də çıxış edir. Onun hazırkı klubu ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button