“Bundan dərs çıxarmalıyıq”

“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan Premyer Liqada “Vulverhempton”a məğlub olduqları oyundan (0:2) sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan almaniyalı yarımmüdafiəçi, bu nəticədən dərs çıxarmalı olduqlarını deyib:

“Daha yaxşı oynamalıydıq. Rəqib yaxşı oyun sərgilədi, ancaq bizim də güclü oyunumuz var. Bu oyunda bunu göstərə bilmədik. Heç bir boşluq tapmadıq. Bundan dərs çıxarmalıyıq.

Lider olanda xallara baxmaq gözəldir. İndi ora baxa bilmirik. Böyük fərq var. Qarşıdakı aylarda fərqi azaltmaq imkanlarımız olacaq. Bunu bilməli və yolumuza davam etməliyik”.

“Mançester Siti” Premyer Liqada 8 turdan sonra 16 xalla 2-ci sıradadır. İlk pillədəki “Liverpul”un 24 xalı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button