“O, dünyanın ən yaxşı hücumçusudur” – Gündoğan
“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan dünyanın ən yaxşı hücumçusunun adını açıqlayıb.
Komanda.az xəbər verir ki, almaniyalı futbolçu, hazırda ən yaxşı forvardın “Bavariya”nın hücumçusu Robert Levandovski olduğunu deyib:
“Onunla oynamaq böyük bir zövq idi. Texniki olaraq mükəmməldir və qol vurmağı bacarır. Hazırda mənim üçün o, dünyanın ən yaxşı hücumçusudur”.
İlkay Gündoğan və Robert Levandovski bir müddət Dortmund “Borussiya”sında birlikdə çıxış ediblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin