İlkay Gündoğan formasını hərraca çıxardı
“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan Çempionlar Liqasının 1/4 final mərhələsinin “Borussiya” (Dortmund, Almaniya) ilə ilk matçında geyindiyi formanı hərraca çıxarıb.
Komanda.az xəbər verir ki, bu barədə yarımmüdafiəçi “tvitter” hesabında məlumat yayıb. Hərracda satılacaq formadan gələn gəlir ollier xəstəliyindən (sümük xərçəngi) əziyyət çəkən 8 yaşlı Dilara Abanoğlunun müalicəsinə sərf olunacaq.
“Mançester Siti” Çempionlar Liqasının 1/4 final mərhələsinin hər iki matçında “Borussiya”nı 2:1 hesabıyla məğlub edərək, yarımfinala yüksəlib. “Şəhərlilər” bu mərhələdə Fransa PSJ-si ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin