“Yarımfinalda oynamağa hazır olduğumuzu sübut etdik”
“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində Almaniyanın “Borussiya” (Dortmund) komandasına qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, UEFA-nın saytına danışan yarımmüdafiəçi, 2:1 hesabıyla qələbə qazandıqları matçı belə şərh edib:
“Bu turnirdə hər oyunun nə qədər çətin olduğunu bilirik. Burda rahat oyun olmur. “Borussiya”nın çoxlu qol imkanları var idi. Hər zaman demişəm ki, oyunun alınarsa, istənilən rəqibi məğlub edə bilərsən. “Borussiya” ilk hissədə bunun olduğunu göstərdi. Lakin sonda nəticəni əzmkarlıq və xarakter müəyyən edir. İkinci hissədə dönüş edərək, növbəti mərhələyə yüksəldik. Yarımfinalda oynamağa hazır olduğumuzu sübut etdik”.
“Mançester Siti” “Borussiya”nı Çempionlar Liqasının 1/4 final mərhələsinin hər iki oyununda 2:1 hesabıyla məğlub edərək, yarımfinala yüksəlib. Komandanın bu mərhələdəki rəqibi Fransa PSJ-si olacaq.
Bizi Facebook-da izləyin