
Misirli hücumçu Mançester derbisini buraxacaq
“Mançester Siti”nin misirli hücumçusu Omar Marmuş diz zədəsi səbəbindən “Mançester Yunayted”lə keçiriləcək derbidə iştirak edə bilməyəcək.
26 yaşlı futbolçu 2026-cı il dünya çempionatının seçmə mərhələsində Misir və Burkina-Faso milli komandaları arasında baş tutan oyunda (0:0) dizindən zədə alaraq, 9-cu dəqiqədə əvəzlənib.
Komanda.az “Mançester Siti”nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Misirdə aparılan ilkin müayinələr göstərib ki, Marmuş sentyabrın 14-də keçiriləcək oyunda iştirak edə bilməyəcək.
Misirli forvard əlavə müayinələr üçün İngiltərəyə göndəriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



