“Hər şey bizdən asılıdır” – “Mançester Siti”nin futbolçusu

“Mançester Siti”nin futbolçusu Jeremi Doku hesab edir ki, Premyer Liqada çempionluq yarışı tamamilə onun komandasından asılıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçu rəqiblərinə çox da fikir vermədiklərini deyib:

“Biz yeni komanda qururuq və hələ də inkişaf edə bilərik. “Arsenal”a və ya digər komandaların etdiklərinə çox əhəmiyyət vermirik, çünki bilirik ki, son nəticədə hər şey bizdən asılıdır.

Biz bilirik ki, yaxşı oynasaq, bizimlə rəqabət aparmaq çətindir”.

Premyer Liqada 11 matçdan sonra “Mançester Siti” lider “Arsenal”dan 4 xal geri qalaraq, turnir cədvəlində ikincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button