“Mançester Siti”nin futbolçusu ilin sonuna qədər həbsxanada qalacaq
“Mançester Siti”nin futbolçusu Benjamin Mendi yanvarın 24-nə qədər həbsxanada qalacaq.
Komanda.az xəbər verir ki, 27 yaşlı müdafiəçi 4 təcavüz və 1 cinsi təcavüzdə ittiham olunur.
Mendinin dünən məhkəməsi keçirilib. Futbolçu ilə bağlı bir qərar verilməyib və növbəti məhkəmə 2022-ci ilin yanvarın 24-nə təyin edilib. Mendi bu müddətdə həbsxanada qalacaq.
“Mançester Siti” futbolçunu bu ittihamlar üzrə istintaqı yekunlaşana kimi əsas heyətdən kənarlaşdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin