“Mançester Siti”nin futbolçusu “Barselona”ya keçməyəcək

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva yay transfer pəncərəsində “Barselona”ya keçməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

“Barsa” vəsait çatışmazlığı səbəbindən portuqaliyalı futbolçunu ala bilməyəcək. Silvanın potensial transfer məbləği 60 milyon avro olaraq qiymətləndirilir.

29 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının son mövsümündə “Mançester Siti”nin heyətində 33 oyun keçirib, 6 qol vurub və 9 məhsuldar ötürmə edib.

Silva hazırda AÇ-2024-də Portuqaliya millisində çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button