“Onun ayrılığından sonra ağlamışdım” – “Mançester Siti”nin futbolçusu
“Mançester Siti”nin futbolçusu Aleksandr Zinçenko maraqlı açıqlama verib.
Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan ukraynalı futbolçu, sabiq komanda yoldaşı Vensan Kompaninin “Mançester Siti”dən ayrılması haqda fikirlərini bildirib:
“Kompani ilə həmişə əlaqədə olmaq istəyirəm. Düzdür, onun ayrılığından sonra ağlamışdım. O, mənim tanıdığım ən ağıllı adamdır. Kompani ötən mövsüm mənə həm meydanda, həm də meydandan kənarda çox kömək olub. Onun mənimlə məşqlərdən sonra 40 dəqiqə işlədiyini, kömək etdiyini yaxşı xatırlayıram”.
Kompani “Mançester Siti”dən ayrılaraq, “Anderlext”ə keçib. 33 yaşlı futbolçu yeni klubunda həm oyunçu, həm də məşqçi olacaq. O, Belçika təmsilçisiylə 3 illik müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin