“Mançester Siti”nin futbolçusu 550 uşağa bilet aldı
“Mançester Siti”nin futbolçusu Rahim Sterlinq İngiltərə Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Brayton”a qarşı keçirəcəkləri oyun öncəsi maraqlı addım atıb.
Komanda.az xəbər verir ki, o, bu oyun üçün satışa çıxarılmış biletlərin 550-ni alaraq, uşaqlara hədiyyə edib. İngiltərə mətbuatının yaydığı məlumata görə, həmin uşaqların hamısı vaxtilə Sterlinqin təhsil aldığı məktəbin şagirdləridi.
“Mançester Siti” – “Brayton” matçı aprelin 6-da “Uembli” stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin