“Mançester Siti”nin futbolçusu 2 aylıq zədələnib

“Mançester Siti”nin müdafiəçisi sıradan çıxıb.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, Mançester təmsilçisinin 29 yaşlı futbolçusu Con Stounz zədələnib.

O, İngiltərə Premyer Liqasının 19-cu turunun “Everton”la matçında zədələnib və matça sona qədər davam edə bilməyib. İngilis futbolçu qarşılaşmanın 43-cü dəqiqəsində Yoşko Qvardiolla əvəzlənib.

Stounzun azı 2 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button