“Mançester Siti”nin futbolçusu ərəblərin təklifini qəbul edib
“Mançester Siti”nin futbolçusu Emerik Laport karyerasını Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda davam etdirməyə razılaşıb.
Komanda.az “Football Talk”-a istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi Səudiyyə Ərəbistanına köçməyə razılaşıb və “şəhərlilər” onu satmağa hazırdır.
Hazırda Laportla müqavilə Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondundan maliyyə təsdiqini gözləyir.
Laport 2018-ci ilin yanvarından “Mançester Siti”də çıxış edir. O, ötən mövsüm “Mançester Siti”nin heyətində bütün yarışlarda 24 oyuna çıxıb. Tərəflər arasında müqavilə 2025-ci ilin yayında başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin