“Mançester Siti”nin daha bir futbolçusu koronavirusa yoluxdu
İngiltərənin “Mançester Siti” klubunun müdafiəçisi Erik Qarsiyada koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə 19 yaşlı futbolçunun COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. İspan müdafiəçi ilə yanaşı bir klub işçisinin də koronavirusa yoluxduğu diqqətə çatdırılıb. Onların hər ikisi karantinə alınıb.
Xatırladaq ki, “Mançester Siti”də daha öncə də bir neçə futbolçunun koronavirusa yoluxduğu açıqlanmışdı. Bu üzdən komandanın ötən tur keçirilməli olan “Everton”la matçı da təxirə salınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin