MS Keyn üçün “Tottenhem”ə rəsmi təklif göndərib – amma…
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Tottenhem”in hücumçusu Harri Keynlə maraqlandıqlarını təsdiq edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Qvardiola, ingilis hücumçuya rəsmi təklif göndərdiklərini deyib:
“Ötən ay Keyn üçün rəsmi təklifimiz oldu. Lakin “Tottenhem”in Keyn üçün istədiyi məbləği ödəyə bilmərik. Bütün klublar koronavirus pandemiyasına görə çətin vəziyyətdədirlər”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin