Qvardiola: “Belə planımız yoxdur”
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola qış transfer pəncərəsi dövründə yeni hücumçu ilə müqavilə imzalamayacaqlarını deyib.
Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan Qvardiola bunları deyib:
“Fasilədə hücumçu transferi etməyəcəyik. Belə planımız yoxdur.
Harri Keyn üçün “Tottenhem”lə görüşmədik. Çünki bizimlə danışmaq istəmədilər. Bir klub futbolçusu üçün danışıqlara razı deyilsə, nəsə deməyə artıq ehtiyac olmur. Onlardan müsbət yanaşma gəlsə, danışa bilərik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin