“Mən ona heç nə demədim, qərarı özü verdi” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 35-ci turunda “Çelsi”yə uduzduqları görüşü şərh edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, 1:2 hesabıyla bitən oyunla bağlı bunları deyib:
“Gərgin oyun keçdi, çox yaxşı oynadıq. İlk hissənin son dəqiqəsində penaltidən yararlana bilmədik. Daha yaxşı olan tərəf biz idi. Yaxşı imkanlarımız var idi, qələbə qazana bilmədik.
Aqueronun penaltisi? Mən ona heç nə demədim, qərarı özü verdi”.
Serxio Aquero “Çelsi” ilə matçın 45+1-ci dəqiqəsində penaltidən yararlana bilməyib. O, “panenka vuruşu” ilə fərqlənmək istəsə də, “Çelsi”nin qapıçısı Eduard Mendi düzgün mövqe seçərək, topu tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin