Qvardiola: “Bizi narahat edən bir sual var”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində PSJ-yə qarşı keçirəcəkləri ilk oyun haqda fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan Qvardiola, qarşılaşma ilə bağlı bunları deyib:

“PSJ-nin hücumda təhlükəli futbolçuları var. Bunu futbola baxan hər kəs yaxşı bilir. Bizi narahat edən bir sual var: Necə qazana bilərik?

“Mançester Siti” ilə Parisə gəldiyim üçün çox xoşbəxtəm. Bu matçdan sonra Premyer Liqada oyunumuz var. Premyer Liqada çempionluğu təmin etmək üçün iki qələbəyə ehtiyacımız var. Çempionlar Liqası gözəl turnirdir, ancaq Premyer Liqa da bizim üçün çox vacibdir”.

Qvardiola, “Barselona”nın sabiq baş məşqçisi Yohan Kroyyfdan futbolla bağlı çox şey öyrəndiyini də bildirib:

“Kroyff mənə çox şey öyrədib. O, mənə oyundan zövq almağımı və əylənməli olduğumu öyrədib. Ən yaxşı futbolçular bu tip oyunları çox sevirlər. Çünki onlar məsuliyyətdən çəkinmirlər. Ona görə də, Çempionlar Liqasını qazanmaq ən böyük uğurlardandır”.

Bu gün keçiriləcək PSJ – “Mançester Siti” matçı saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button