“Qalib gələ bilərdik, lakin olmadı” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının finalında “Çelsi”yə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, 0:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
“Əsas heyət üçün əlimdən gələni etdim, ən yaxşıları meydana buraxdım. İkinci hissədə “Çelsi”dən üstün idik. Rəqibin müdafiəçilərinə qarşı işimiz asan olmadı. Möhtəşəm bir mövsümü bitirdik. Təəssüf ki, qələbə qazana bilmədik. Qalib gələ bilərdik, lakin olmadı. Bundan sonra daha çox çalışacağıq.
İlk dəfə idi Çempionlar Liqasının finalında idik. İlk dəfə üçün yaxşı oynadıq. Cəsarətli idik, onlar da bacardıqlarını etdilər. “Çelsi”ni uğurlu mövsüm və finaldakı oyuna görə təbrik edirəm”.
Bizi Facebook-da izləyin